Biləsuvar rayon sakini E.Cabbarlının bir neçə vətəndaşın etimadını qazanaraq pullarını alması faktı ilə əlaqədar cinayət işi başlanmışdır
06.10.2009 Cari ilin aprel-iyun ayları ərzində Biləsuvar rayon sakini Elçin Cabbarlı, rayon sakinləri Rəzzaq Bağırovun, Firudin Zeynalovun, Sadatxan Abbasovun, Elşad Bədirovun, Sahil Axundovun, Sabir Qocayevin etimadlarını qazanaraq onlardan müvafiq olaraq 3702, 3826, 400, 3.000, 1014 və 2740 manat almışdır. Faktla əlaqədar Biləsuvar RPŞ tərəfindən cinayət işi başlanmışdır.