Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
04.10.2009 Oktyabrın 4-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Firudin Orucovun idarə etdiyi “Ford Mondeo” markalı və Sabirabad rayon sakini Əlipənah Məmmədovun idarə etdiyi “Fateh” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə F.Orucovun sərnişini, həmyerlisi Mahir Daşdəmirov hadisə yerində ölmüş, xəsdarət almış F.Orucov və digər sərnişini Sadiq Məmmədov isə xəstəxanaya yerləşdirilmişlər. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.