Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Kür qəsəbə sakini Elman Məmmədov və Masallı rayon sakini Ramid Kərimov tututlmuşlar

04.10.2009

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-də Firuzə Mehdiyevaya, Firudin Əliyevə və Cavid Vəliyevə məxsus mağazalardan oğurluq etmiş Kür qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Məmmədov tututlmuşdur.
Oktyabrın 3-də Nizami rayonundakı B.Nuriyev küçəsində kirayədə yaşayan Masallı rayon sakini Elvin Həziyevə məxsus 1225 dollar və geyim əşyaları yaşadığı mənzildən oğurlanmışdır. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin mənzildə kirayədə yaşayan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramid Kərimov tututlmuşdur.