Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır

03.10.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayət faktı qeydə alınmışdır ki, onların da 9-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdır.
  • 6 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.