Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcəbədi rayonunun Hacıbədəlli kəndində yol-nəqliyyat hadisəsi

01.10.2009

Saat 14.00 radələrində Ağcəbədi rayonunun Hacıbədəlli kəndində müəyyən edilməmiş avtomaşınla kənd sakini Nübar Əliyeva vurulmuşdur. Nəticədə N.Əliyeva hadisə yerində ölmüşdür. Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomaşının sürücüsü, Yuxarı Qiyamadınlı kənd sakini Niyazi Məmmədov tutulmuşdur.  RPŞ tərəfindən araşdırmalar aparılır.

01.10.2009 tarixinə olan kriminal məlumatlar