Bərdə rayon sakini A.Tağıyeva insan alveri faktı ilə əlaqədar tutulmuşdur
30.09.2009 DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Almaz Tağıyeva gəlir əldə etmək məqsədi ilə qadınları Pakistana aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulmuşdur.