Sentyabrın 29-da Xudat şəhər sakini M.İsmayılova məxsus avtomaşını qaçırmış R.Rəhmanov tutulmuşdur
29.09.2009 Sentyabrın 29-da Xaçmaz rayonunun Xudat şəhərindən şəhər sakini Mirzalı İsmayılova məxsus “QAZ-2410” markalı avtomaşın qaçırılmışdır. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Rəhman Rəhmanov tutulmuşdur. RPŞ tərəfindən araşdırmalar aparılır.