Cəlilabad rayon sakinləri D.Cəfərova və O.Bədirovu elektrik cərəyanı vurması nəticəsində ölmüşlər
29.09.2009 Sentyabrın 29-da saat 20.30 radələrində Cəlilabad rayonunun Badamağacı kəndində yüksək gərginlikli elektrik xətti qırılaraq telefon xəttinin üzərinə düşmüşdür. Nəticədə telefon zənglərinə cavab verən kənd sakinləri Dilşad Cəfərova və Orxan Bədirovu elektrik cərəyanı vurması nəticəsində ölmüşlər.