Nəsimi rayonundakı A.Mustafayev küçəsində yaşayan Aliyə Əliyevaya mənzildə təbii qazın sızmasından ani partlayış baş vermişdir
28.09.2009 Saat 20.12 radələrində Nəsimi rayonundakı A.Mustafayev küçəsində yaşayan Aliyə Əliyevaya məxsus 2 otaqlı mənzildə təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə N.Əliyevanın gəlini Viktoriya Mustafayeva yanıq xəsarəti almış, dağıntı olmamışdır. Araşdırmalar aparılır.