Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 36 cinayət faktı qeydə alınmışdır

21.09.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 36 cinayət faktı qeydə alınmışdır ki, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.   

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 4 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.      
  • 4 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.

21.09.2009 tarixinə olan kriminal məlumatlar