Yardımlı rayonunun Honuba kənd sakinləri Ağamalı Bəhmənov, əmisi oğlanları Fərail və Xubyarla birgə bacısı İradəni boğaraq qətlə yetirmişdir
21.09.2009 1992-ci ilin noyabr ayında Yardımlı rayonunun Honuba kəndində, kənd sakinləri Ağamalı Bəhmənov, əmisi oğlanları Bəhmənov Fərail və onun qardaşı Xubyarla birgə qısqanclıq zəminində bacısı İradəni boğaraq qətlə yetirmiş, cəsədini isə torpağa basdırmışlar. Ağamalı, Fərail və Xubyar Yardımlı RPŞ əməkdaşları tərəfindən tutulmuş, İradənin cəsədinin qalıqları isə eksqumasiya edilmişdir.