Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakının Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.09.2009

Saat 19.12-də Bakının Nərimanov rayonu ərazisində, şəhər sakinləri Elvin Fərəcovun idarə etdiyi "Mercedes" markalı, Nicat Bayramovun idarə etdiyi "Qazel" markalı və Neftçala rayon sakini Ceyhun Cəbrayılovun idarə etdiyi "Ford Tranzit" markalı avtomaşınlar toqquşmuş, "Mercedes" markalı avtomaşın hadisə yerinin yaxınlığında olan Tovuz rayon sakini Vüqar Əmirova dəymişdir.  Nəticədə E.Fərəcov və sərnişini Bakı şəhər sakini Bənövşə Quliyeva hadisə yerində ölmüş, xəsarət almış C.Cəbrayılov və V.Əmirov isə xəstəxanaya yerləşdirilmişlər.  Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır. 

21.09.2009 tarixinə olan kriminal məlumatlar