Xətai rayonu ərazisində avtomabillərin təmiri sexində təbii qazın sızmasından partlayış baş vermişdir
21.09.2009 Saat 13.00 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Firudin Qasımova məxsus 3 mərtəbəli "Həmid-95" şirkətinin 1-ci mərtəbəsində sahəsi 30 kvadratmetr olan 2 otaqlı "Audi" avtomabillərinin təmiri sexində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə arakəsmə divar dağılmış, F.Qasımovun qardaşı Rauf yüngül yanıq xəsarəti almışdır. Araşdırmalar aparılır.