Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 38 cinayət faktı qeydə alınmışdır

14.09.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmışdır ki, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 12 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 2 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.    
  • 5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür.    
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.  
  • Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.