Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 10 cinayət faktı qeydə alınmışdır

20.01.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 10 cinayət faktı qeydə alınmışdır ki, onların da 9-u "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yanıq xəsarəti almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.