Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

35 mənzildən və 1 avtomobildən oğurluq etmiş Bakı şəhər sakini Ramil Ələsgərovdan narkotik vasitə də götürülmüşdür

12.09.2009

Sentyabrın 12-də Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ramil Ələsgərovdan 1,084 qram heroin, 3 ədəd opitol və 3 ədəd tramatol həbləri götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin mart ayından başlayaraq Bakının Yasamal və Səbail rayonları ərazisində vətəndaşlara məxsus 35 mənzildən və 1 avtomobildən oğurluq etməsi müəyyən edilmişdir. Bununla əlaqədar qaldırılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.