Soyğunçuluğu etmiş Masallı rayon sakini Natiq Məhərrəmov tutulmuşdur
09.09.2009 Avqustun 18-də Nizami rayonundakı O.Vəliyev küçəsi ev 49-un qarşısında naməlum şəxs Rusiya Federasiyası vətəndaşı Səidə Qurbanovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almışdır. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətmiş Masallı rayon sakini Natiq Məhərrəmov tutulmuşdur.