Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 34 cinayət faktı qeydə alınmışdır

06.09.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 34 cinayət faktı qeydə alınmışdır ki, onların da 29-u "isti izlər"lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 1 nəfər ölmüşdür.      
  • 10 yanğın hadisəsi qeydə alınmışdır, nəticədə 2 nəfər ölmüşdür.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.