Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Nurlan İbrahimovu hədələyərək avtomaşınını almış şəxslər tutulmuşlar

06.09.2009

Sentyabrın 3-də saat 02.20 radələrində 4 naməlum şəxs 3-cü mikrorayon dairəsində Bakı şəhər sakini Nurlan İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub Sabunçu qəsəbəsinə gedəcəklərini bildirmişlər. Sabunçu qəsəbəsi Ş.Əsədullayev küçəsində onlar N.İbrahimovu bıçaqla hədələyərək avtomaşınını ondan almışlar. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 və 2 saylı Cəzaçəkmə Müəssisələrində cəza çəkənlər Elşad Tağıyev və Şafəddin Xəlilov tutulmuşlar.