Arvadını və 1 yaşlı oğlunu qətlə yetirmiş Gəncə şəhər sakini Akif Sədri tutulmuşdur
03.09.2009 Saat 22.00 radələrində Gəncə şəhərinin Nizami rayonunda, Yeni Gəncə qəsəbə sakini Akif Sədri evində ailə münaqişəsi zəminində arvadı İlhaməni bıçaqla, 1 yaşlı oğlu Əlini isə boğaraq qətlə yetirib hadisə yerindən qaçmışdır. Nizami RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Sədri tutulmuşdur.