Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

31.08.2009

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Quliyevdən 1 kiloqram 92 qram marixuana götürülmüşdür.
Xətai RPİ 37-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ayaz Məmmədovun Ceyranbatan qəsəbəsindəki bağ evindən 8 kiloqram 881 qram kustar üsulla hazırlanmış heroin götürülmüşdür.  A.Məmmədov tutulmuşdur.