"102 zəng mərkəzi" xidmətinə metronun "Sahil" və "Həzi Aslanov" stansiyalarında bomba qoyulması ilə bağlı məlumatlar təsdiqini tapmamışdır
30.08.2009 Saat 14.31-də Bakının Zabrat qəsəbəsi ərazisindən naməlum şəxs "102 zəng mərkəzi" xidmətinə zəng edərək "metronun "Sahil" stansiyasının arxasına bomba qoyulub" deyərək dəstəyi asmışdır. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş və müvafiq tədbirlər görülmüşdür. Lakin məlumat təsdiqini tapmamışdır.
Saat 13.33-də Bakının Xətai rayonu ərazisində naməlum şəxs "102 zəng mərkəzi" xidmətinə zəng edərək metronun "Həzi Aslanov" stansiyasında qatarların birinə bombo qoyulması barədə məlumat vermişdir. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş və müvafiq tədbirlər görülmüşdür. Lakin məlumat təsdiqini tapmamışdır. Keçirilmiş əmliyyat-axtarış tədirləri nəticəsində yalan məlumatın Bakı şəhər sakini 13 yaşlı Fəxri Məmmədov tərəfindən verilməsi müəyyən edilmişdir.