Gün ərzində 32 cinayət faktı qeydə alınmışdır
26.08.2009Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-sı "isti izlər"lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.
- 7 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.