Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhərində 5 mərtəbəli binaya bomba qoyulması barədə daxil olmuş məlumat təsdiqini tapmamışdır

26.08.2009

Saat 08.05 radələrində  naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112 zəng xidməti"nə zəng edərək Gəncə şəhərində 5  mərtəbəli binaya bomba qoyulması barədə məlumat vermişdir.  Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, görülmüş tədbirlər nəticəsində telefonun Siyəzən rayonu Böyük Hamiyə kənd sakini Qədir Ağamalıyevə məxsus  olması müəyyən edilmişdir.