Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etmiş Hövsan qəsəbə sakinləri Cəbi Əliyev və Akif Cavadov tutulmuşlar

25.08.2009

Avqustun 26-da ssat 05.30 radələrində Suraxanı rayonu ərazisində, 2 naməlum şəxs Bakı şəhər sakini Yuri Kovalenkonun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub, Hövsan qəsəbəsinə gedəcəklərini bildirmişlər. Hövsan qəsəbəsi ərazisində onlar, Y. Kovalenkonu bıçaqla hədələyərək avtomaşınını ondan almışlar.  Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Cəbi Əliyev və Akif Cavadov tutulmuşlar.