Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən narkotik vasitələr götürülmüşdür

21.08.2009

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  rayon ərazisində 2,25  hektar sahədən yabanı halda bitmiş, ümumi çəkisi 3 ton 650 kiloqram olan 5 min 350 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. 

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  Qazma  kənd sakini Arzuman Balayevə məxsus həyətyanı sahədən  kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 1 ton 104 kiloqram olan 276 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.