Quba rayon sakini Ədalət Qəmbərov qeyri-rəsmi nigah münasibətində olduğu Məhizər İsrafilovanı qətlə yetirdikdən sonra intihar etmişdir
20.08.2009 Saat 01.00 radələrində Zərdab rayonunun Yuxarı Seyidlər kənd sakini, Əhliman Abdullayevə məxsus fermada çoban işləyən Quba rayon sakini Ədalət Qəmbərov sərxoş halda "İJ" markalı tüfəngindən atəş açaraq qeyri-rəsmi nigah münasibətində olduğu Ağdaş rayon sakini Məhizər İsrafilovanı qətlə yetirmiş, sonra isə özünü öldürmüşdür.