Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr götürülmüşdür

20.08.2009

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Vaqif Bağırov və Azər Həşimov 255 qram marixuananı satarkən tutulmuşlar.  A.Həşimovun 12 kvadratmetr həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 14 kiloqram olan 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Sabirabad RPŞ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaratəpə kənd sakini Faiq Əhmədovun evinə baxış zamanı 6,6 kiloqram marixuana, 30 sot həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 56 kiloqram olan 120 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.