"112 zəng xidməti"nə zəng edərək yalan məlumatın Masallı rayonunda yaşayan, ruhi xəstə İqbal Hüseynov tərəfindən verilməsi müəyyən edilmişdir
20.08.2009 Saat 21.49 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112 zəng xidməti"nə zəng edərək "metronun "Əhmədli" stansiyasının çıxışına bomba qoyulub" - deyərək telefonu söndürmüşdür. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş və müvafiq tədbirlər görülmüşdür. Lakin məlumat təsdiqini tapmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatın Masallı rayonunda yaşayan, ruhi xəstə İqbal Hüseynov tərəfindən verilməsi müəyyən edilmişdir.