Münaqişə zəminində qaynı Malik Hüseynova, onun arvadı Aybənizə və baldızı İlhamə Hüseynovaya bıçaqla xəsarət yetirmiş Salyan rayon sakini Əliniyaz Məmmədov tutulmuşdur
14.08.2009 Saat 22.25 radələrində Salyan rayonunun Quyçu kənd sakini Akif Hüseynovun evində həmkəndlisi, qohumu Əliniyaz Məmmədov sərxoş halda, münaqişə zəminində qayını, Malik Hüseynova, onun arvadı Aybəniz və baldızı İlhamə Hüseynovaya bıçaqla xəsarət yetirmişdir. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Hüseynov və arvadı Aybəniz orada ölmüşdür. Ə.Məmmədov Salyan RPŞ tərəfindən tutulmuşdur.