Avqustun 12-də Şirvan şəhərinin H.Əliyev prospektində avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək xəsarət almış Amid Abıyev avqustun 15-də yerləşdirildiyi xəstəxanada ölmüşdür
14.08.2009 Avqustun 12-də saat 11.40 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində, Amid Abıyev "BMW" markalı avtomaşını idarə edərkən onu həmyerlisi İlham Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı və Hacıqabul rayon sakini Tural Məlikovun idarə etdiyi "Volkswagen" markalı avtomaşınlara sonra isə ağaca vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Abıyev avqustun 15-də orada ölmüşdür. Şirvan ŞPŞ tərəfindən araşdırmalar aparılır.