Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Binə Xocavar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.08.2009

Avqustun 15-də saat 00.15 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində, Lənkəran şəhər sakini Bəhruz İsgəndərovun ildarə etdiyi  "VAZ-2107" markalı və Masallı rayon sakini Seymur Şükürovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə B.İsgəndərovun sərnişini Lənkəran şəhər sakini Əminağa İsgəndərov hadisə yerində ölmüş, xəsarət almış  Ş.Şükürov və sərnişini Masallı rayon sakini Ceyhun Məmmədov xəstəxanaya yerləşdirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.

14.08.2009 tarixinə olan kriminal məlumatlar