Biləsuvar rayonu ərazisindəki Ticarət Mərkəzində elektrik naqillərinin qısa qapanmasından yanğın baş vermişdir
13.08.2009 Saat 22.20 radələrində Biləsuvar rayonu ərazisində, Ruslan MMC-nə məxsus Ticarət Mərkəzində elektrik naqillərinin qısa qapanmasından yanğın baş vermişdir. Nəticədə 600 kvadratmetr sahədə mağazaların və ticarət köşklərinin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Rauf Kazımov və mağaza sahibləri Niyaməddin Niftəliyev yüngül xəsarət almışlar. Araşdırmalar aparılır.