Avqustun 13 və 14-də Bakı şəhər sakini Murad Quliyevi telefon vasitəsi ilə hədələyərək 7000 dollar pul verməsini tələb etmiş Sumqayıt şəhər sakinləri Rasim Misirov və onun anası Xalidə tutulmuşlar
13.08.2009 Avqustun 13 və 14-də naməlum şəxs, Bakı şəhər sakini Murad Quliyevi telefon vasitəsi ilə hədələyərək Sumqayıt şəhərinə gəlməsini və 7000 dollar pul verməsini tələb etmişdir. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Rasim Misirov və onun anası Xalidə tutulmuşlar.