Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonu Muxtadır qəsəbəsi ərazisində yol-qəza hadisəsi

14.01.2006

Saat 21:40 radələrində Xudat-Nabran yolunun Xaçmaz rayonu Muxtadır qəsəbəsi ərazisində, Siyəzən rayon sakini Bəhruz Ələkbərovun idarə etdiyi "VAZ-2121" markalı və Abşeron rayon sakini Azad Rəhmanovun idarə etdiyi "Jeep-Prado" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə B.Ələkbərov və sərnişini, Siyəzən rayon sakini Fariz Ələkbərov hadisə yerində ölmüş, xəsarət almış A.Rəhmanov və sərnişini, Siyəzən rayon sakini Əmirxan Qurbanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.