Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 41 cinayət faktı qeydə alınmışdır

12.08.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 3 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
  • 14 yanğın hadisəsi qeydə alınmışdır. 1 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6  fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.

12.08.2009 tarixinə olan kriminal məlumatlar