Bakı şəhər sakinləri Ceyhun Bağırov, Anar Abdullayev və Tofiq Əliyev sənədləri saxtalaşdırdıqlarına görə tutulmuşlar
12.08.2009 DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri "Access" Bankın sabiq işçisi Ceyhun Bağırov, Anar Abdullayev və Tofiq Əliyev bankdan kredit götürmək məqsədi ilə Bakıxanov qəsəbəsində kirayə yaşayan Masallı rayon sakini Rəmiş Mirzəyevdən 1000 manat pul almış, onun kirayədə qaldığı evin şəhadətnaməsini və ona məxsus avtomaşına dair texniki pasportu saxtalaşdırdıqlarına görə tutulmuşlar. T.Əliyevin evinə baxış zamanı saxta sənədlər hazırlamaq üçün nəzərdə tutulmuş 1 ədəd skaner, 1 ədəd prosessor, ayrı-ayrı nazirliklərin, notariat kontorlarının və digər təşkilatların sənədlərinin, diplomların, möhürlərin, blankların, ştampların nümunələri aşkar edilərək götürülmüşdür.