FHN-nin "112 zəng xidməti"nə zəng edərək evlərinə partlayıcı qurğu yerləşdirməsi haqda yalan məlumat verənin Bərdə rayon sakini, 15 yaşlı Ruslan Rüstəmov olması müəyyən edilmişdir
12.08.2009 Saat 17.20-də naməlum şəxs telefonla Fövqəladə Hallar Nazirliyinin "112 zəng xidməti"nə zəng edərək "evimə bomba qoymuşam" deyərək telefonu söndürmüşdür. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, görülmüş müvafiq tədbirlər nəticəsində, zəng edərək yalan məlumat verənin Bərdə rayon sakini, 15 yaşlı Ruslan Rüstəmov olması və onun Bakı şəhərində yaşaması müəyyən edilmişdir.