Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunun Neftçilər prospektində Neft Şirkətinin inzibati binasının qarşısında saxladığı avtomaşına bomba qoyduğu və onun partlayacağı haqqında yalan məlumat vermiş Bakı şəhər sakini Elxan Səmədov tutulmuşdur

12.08.2009

Saat 05.00 radələrində Səbail rayonunun Neftçilər prospektində naməlum şəxs "Mercedes" markalı avtomaşını Neft Şirkətinin inzibati binasının qarşısında saxlamış və taksiyə minərək getmişdir. Şirkətin mühafizəçisi avtomaşının arxa şüşəsinə yapışdırılmış mobil telefon nömrəsinə zəng edərək, avtomaşının oradan götürülməsini tələb etmiş, cavabında həmin şəxs avtomaşının ona məxsus olmamasını bildirmiş, lakin 10 dəqiqədən sonra göstərilən telefondan mühafizəçiyə zəng vuraraq avtomaşına bomba qoyduğunu və onun partlayacağını bildirmişdir. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamış, zəng edib yalan məlumat vermiş şəxs Bakı şəhər sakini, 43 yaşlı Elxan Səmədov tutulmuşdur. Avtomaşın müvəqqəti duracağa qoyulmuşdur. Avtomaşının salonuna baxış zamanı oradan narkotik vasitəyə oxşar maddə götürülmüşdür.

12.08.2009 tarixinə olan kriminal məlumatlar