"102 zəng xidməti"nə zəng edərək yalan məlumat vermiş Bakı şəhər sakini 17 yaşlı Hüseyn Atakişiyev tutulmuşdur
12.08.2009 Saat 21.27 radələrində Qaradağ rayonunda, Hüseyn adlı şəxs telefonla "102 zəng xidməti"nə zəng edərək Sahil qəsəbəsindəki ATS-in qarşısına bomba qoyması barədə məlumat vermişdir. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumat vermiş Bakı şəhər sakini 17 yaşlı Hüseyn Atakişiyev tutulmuşdur.