Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.08.2009

Saat 05.30 radələrində Kürdəmir rayonu ərazisində, Tovuz rayon sakini Elsevər Cəmilovun idarə etdiyi "QAZ-3110" və Lənkəran rayon sakini Mahir Hümbətovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Hümbətov və sərnişinləri Masallı rayon sakini Asif Ağayev hadisə yerində ölmüş, xəsarət  almış Lerik rayon sakini Mahir Mövlamov isə xəstəxanaya yerləşdirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.