Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"112 zəng xidməti"nə taksafondan zəng edərək yalan məlumat vermiş Şakir Allahverdiyev tutulmuşdur

11.08.2009

Saat 15.12 radələrində naməlum şəxs "112 zəng xidməti"nə  taksafondan zəng edərək "Metronun "Gənclik" stansiyasına bomba qoyulub" deyərək dəstəyi asmışdır. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. BBPİ Metropolitendə Polis Şöbəsi və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumat vermiş ruhi xəstə Şakir Allahverdiyev tutulmuşdur.