Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

10.08.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmışdır ki, onların da 36-sı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 12 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 5 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
  • 2 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.