Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avqustun 10-da Abşeron rayonu ərazisində vətəndaş Sevinc Məmmədovaya qarşı quldurluq etmiş Sumqayıt şəhər sakinləri Zahid Məmmədov və Sərxan Mehdiyev tutulmuşlar

10.08.2009

Avqustun 10-da saat 23.00 radələrində Abşeron rayonunun Novxanı bağlar sahəsi ərazisində,  2 naməlum şəxs, Şamaxı rayon sakini Sevinc Məmmədovaya bıçaqla hədə-qorxu gələrək qızıl sırqalarını, 1 ədəd mobil telefonunu, 30 manat pulunu və əl çantasını ondan almışlar. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Zahid Məmmədov və Sərxan Mehdiyev tutulmuşdur.