Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonu ərazisində Rantik Veyisov avtomaşını idarə edərkən Elşad Məmmədovu və Oruc Alməmmədovu vurmuşdur

11.08.2009

Saat 04.10 radələrində Kürdəmir rayonu ərazisində, rayon sakini Rantik Veyisov "VAZ-2107" markalı avtomaşını idarə edərkən Gədəbəy rayon sakini Elşad Məmmədovu və Qəbələ rayon sakini Oruc Alməmmədovu vurmuşdur. Nəticədə E.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış O.Alməmmədov isə xəstəxanaya yerləşdirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.