Bakının Nərimanov rayonu ərazisində Lənkəran rayon sakini Hakim Əsədov avtomaşını idarə edərkən 40-45 yaşlı kişini vurmuşdur
09.08.2009 Saat 19.00 radələrində Bakının Nərimanov rayonundakı Xətai prospektində Lənkəran rayon sakini Hakim Əsədov "Kia" markalı avtomaşını idarə edərkən 40-45 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.