Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayon sakini İsmayıl İsmayılova məxsus avtomobil təmiri sexində yanğın baş vermişdir

09.08.2009

Saat 19.25 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində kənd sakini İsmayıl İsmayılova məxsus avtomobil təmiri sexində yanğın baş vermişdir. Nəticədə 240 kvadratmetr sahədə sexin və orada təmirə dayanmış "VAZ-2106" və "VAZ-2121" markalı avtomaşınların yanar konstruksiyaları yanmışdır. Araşdırmalar aparılır.