Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avqustun 8-də Biləcəri qəsəbə sakini Ramil Vəliyevin cibindən mobil telefonunu oğurlamış Natiq Qurbanov və Ələsgər Kərimov tutulmuşlar

09.08.2009

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Biləcəri qəsəbə sakini Ramil Vəliyevin cibindən mobil telefonunu oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Qurbanov və Biləcəri qəsəbə sakini Ələsgər Kərimov tutulmuşlar. Müəyyən edilmişdir ki, onlar  fevralın 18-də Vüqar Şıxəliyevə məxsus mağazadan, mayın 30-da Gülnarə İsmayılova məxsus mağazadan, martın 24-də Bulqar Abdullayevin evindən, aprelin 7-də Tural Yarməmmədovun evindən, mayın 28-də Elnur Həmidovun evindən, aprelin 15-də Natiq Eyvazovun evindən də oğurluq etmişlər.