Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.08.2009

Avqustun 10-da saat 01.50 radələrində Salyan rayonu ərazisində Lənkəran rayon sakini Zahid Əhədovun idarə etdiyi "KamAZ" markalı və Cəlilabad rayon sakini Hüseyn Hüseynovun idarə etidyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə H.Hüseynov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Bakı şəhər sakini Əli Həmidov isə xəstəxanaya yerləşdirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi  tərəfindən araşdırmalar aparılır.