FHN-nin "112 zəng" xidmətinə zəng vuraraq yalan məlumat vermiş Bakı şəhər sakini Elnur Eynullayev saxlanılmışdır
08.08.2009 Avqustun 9-da saat 15.15 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112 zəng" xidmətinə zəng vuraraq "41-ci məhəlləyə bomba qoymuşam" dedikdən sonra telefonu söndürmüşdür. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürüldükdən sonra müvafiq tədbirlər görülmüş və məlumat təsdiqini tapmamışdır. Keçirilmiş tədbirlər nəticəsində yalan məlumat vermiş Bakı şəhər sakini Elnur Eynullayev saxlanılmış, izahatı alındıqdan sonra buraxılmışdır.